Modern.az

“Türk Hava Yolları”: “Bakı-Antalya reysi ilə uçan təyyarədə texniki nasazlıq aradan qaldırılıb”

“Türk Hava Yolları”: “Bakı-Antalya reysi ilə uçan təyyarədə texniki nasazlıq aradan qaldırılıb”

Təhsil

1 İyul 2013, 15:42


Bu gün Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində yaranan problem aradan qaldırılıb. “Türk hava yolları”ndan Modern.az-a bildiriblər ki, təyyarədə olan texniki nasazlıq tam olaraq həll edilib və təxminən 10-15 dəqiqədən sonra Bakıdan Antalyaya yola düşən təyyarə yenidən havaya qalxacaq.

Qeyd edək ki, Bakıdan Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsində yaranan problem nəticəsində 30 dəqiqəlik uçuşdan sonra Bakı hava limanına qayıdıb. Buna səbəb kimi “Türk hava yolları” şirkətinə məxsus təyyarədə qapının hermetik bağlanmaması göstərilib.
Təyyarədə 200 sərnişin arasında Azərbaycandan olan 27 KİV baş redaktoru da var.

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...