Modern.az

Həqiqətpur bu dəfə Elçibəyi İTTİHAM etdi: “...Böyük səhvə yol verdilər”

Həqiqətpur bu dəfə Elçibəyi İTTİHAM etdi: “...Böyük səhvə yol verdilər”

Təhsil

1 İyul 2013, 15:57


"Azərbaycan dövləti mübarizə meydanını boşaldıb Qarabağla bağlı diplomatik müzakirələri Qərb və Minsk qrupuna tapşırmaqla böyük səhvə yol verdi və gərək bu addımın nəticələrini cavablandırsın".

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur Azərbaycan Azad Qarabağ Uğrunda Alyansın İranda səfərdə olan nümayəndə heyəti ilə görüşündə deyib. 

  İranlı deputat  Azərbaycanın 1992-93 –cü illrədəki siyasi hakimiyyətinin fəaliyyətini hədəfə alaraq ciddi şəkildə tənqid edib:
“Ermənistan dövlət rəsmilərinin əksinə olaraq Azərbaycan rəhbərlərinin həmrəyliyi və birliyi yox idi, lakin Ermənistan siyasi hərəkatları bir-birinə uyğun hərəkət edirdilər". 

“Tamamilə xristianlığa bağlı Minsk qrupu İslam dünyası və Azərbaycan Respublikasına faydalı olan qərar qəbul edə bilməz”-deyərək Rusiyanın və Minsk qrupunun siyasətlərini tənqid edən parlament nümayəndəsi bildirib ki,  Azərbaycanın Qarabağı azad etməsində yalnız İslam ölkələri ona kömək edə bilər.

“Çünki Qərbin maraqları Ermənistanın maraqlarına bağlıdır. Bu üzdən Qərb ölkələri Qarabağın azad edilməsi üçün bir kömək etməyəcək".  

Ərdəbil əhalisinin parlamentdə təmsilçisi İranın Azərbaycana dəstəyini xatırladaraq, deyib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra İran onun müstəqilliyini rəsmi surətdə tanıyan ilk ölkələrdən olub və heç vaxt hər hansı bir köməyi ondan əsirgəməyib.   

Həqiqətpur Qarabağ məsələsinə toxunaraq deyib: "Ali Rəhbər Xamneyi öz bəyanatlarında Qarabağı İslam torpaqları sayıb və Qarabağ regionunun müdafiəsi və azadlığı yolunda ölənləri şəhid adlandırıb".  

Xatırladaq ki, Azad Qarabağ Uğrunda Alyansının üzvləri və İslam Partiyasının sədr müavini Rövşən Əhmədli bir neçə gün öncə İrana səfərə yollanıblar. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da həmin tərkibdə təmsil olunub. 

Aqşin KƏRİMOV    
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...