Modern.az

Mətbuat Şurası mənzil istəyən jurnalistlərin yekun sayını açıqladı - 36 nəfər subaydır - STATİSTİKA

Mətbuat Şurası mənzil istəyən jurnalistlərin yekun sayını açıqladı - 36 nəfər subaydır - STATİSTİKA

Media

1 İyul 2013, 16:36


Mətbuat Şurasına mənzillə bağlı adları redaksiya xəttilə təqdim edilən jurnalistlərin ümumi sayı 143-dür. Fərdi müraciətçilərin sayı isə 94-ə çatıb. Ümumilikdə mənzil istəyən jurnalistlərin sayı 237 nəfərdir. Modern.az xəbər verir ki, bu barədə məlumat “yurd.tv”yə yə Mətbuat Şurasından bildirilib

Məlumatda eyni zamanda bildirilib ki, 3-dək namizəd irəli sürmək hüququna malik gündəlik qəzetlərdən 27-si öz namizədini təqdim edib. Onların namizədlərinin ümumi sayı 74 nəfərdir. 27 qəzetin heç də hamısı 3 namizəd irəli sürməyib. Yaş göstəricilərinə gəlincə, 74 nəfərdən 4-nün 30 yaşı tamam olmayıb. 31 nəfər 30-40 yaşlarındadır. 40-50 yaşlarında olan jurnalistlərin sayı isə 27-dir.

Gündəlik qəzetlərin irəli sürdüyü namizədlərdən 12-nin yaş göstəricisi 50-dən yuxarıdır. 3-dək namizəd irəli sürmək hüququna malik informasiya agentliyindən 14-ü Şuraya öz namizədlərinin adlarını təqdim edib. Onların mənzil üçün iddialı olanlarının ümumi sayı 23-dür. 23 jurnalistdən 7-si 50 yaşdan yuxarı, 4-ü 40-50, 12-si 30-40 yaş aralığındadır.

Öncədən müəyyənləşdirilmiş prinsiplərə əsasən internet xəbər portalları, jurnallar və həftəlik qəzetlər 1 namizəd irəli sürmək hüququna malik olublar. İnternet xəbər portallarından 6, jurnallardan 6, həftəlik qəzetlərdən isə 34 namizəd irəli sürülüb.

Xəbər portallarından irəli sürülmüş 6 namizəddən yalnız 1-nin yaşı 40-dan artıqdır. Digər beşi 30-40 yaş aralığındadır.

Jurnallardan irəli sürülmüş 6 namizədin hamısının yaş ortalaması 30-40 arasında dəyişir.

Həftəlik qəzetlərdən irəli sürülmüş 34 namizədin yaş göstəricilərinə gəlincə, onlardan 8-i 30-40, 12-i 40-50 yaş aralığında olanlar, 14-ü isə yaşı 50-ni keçənlərdir.

Adları redaksiyalar, yəni gündəlik və həftəlik qəzetlər, informasiya agentlikləri, jurnallar və xəbər portallarından  irəli sürülmüş namizəd jurnalistlərin ümumi sayı 143-dür.

Mətbuat Şurasına mənzillə bağlı fərdi qaydada müraciət edənlər də olub. Belə müraciətçilərin ümumi sayı 94-dür. Onlardan 28-i yaşları 50-60, 24-ü 30-40, 19-u 40-50 aralığında olanlardır.

Bundan başqa yaşı 60-ı keçmiş 23 nəfərin adı da mənzil almaq üçün fərdi qaydada müraciət edənlər sırasındadır.

Qeyd edək ki, 237 namizəddən yalnız 36-sı ailə vəziyyətinə görə subaydır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi