Modern.az

Azərbaycan xalqına təşəkkür edirəm - Şenol Günəş

Azərbaycan xalqına təşəkkür edirəm - Şenol Günəş

İdman

13 May 2023, 20:57

Türkiyə Superkubokunu, yaxud da başqa oyunu Bakıda keçirmək bizim üçün yalnız faydalı ola bilər.

 

Modern.az xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş “Beşiktaş” - "Sabah" xeyriyyə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Dostluq matçı üçün Bakıya gəldiklərini deyən Şenol Günəş Azərbaycan xalqına təşəkkür edib:

 

“Matç zamanı bütün oyunçulara şans vermək istədik. Belə qarşılaşmalar davamlı olmalıdır. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü