Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis
İdarəsinin rəis müavini
Novruzov Səbuhi Məhərrəm oğlu- Naxçıvan Muxtar Respublikası
daxili işlər nazirinin müavini
Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında
İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi.