İngiltərənin "Çelsi" klubunu argentinalı baş məşqçi Maurisio Poçettino idarə edəcək.
Modern.az “Lent.ru”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviter səhifəsində yazıb.
51 yaşlı argentinalı mütəxəssisin yaxın vaxtlarda klubla müqavilə imzalayacağı, lakin onun mövsüm başa çatdıqdan sonra - iyunda rəsmi olaraq londonluların heyətinə qatılacağı bildirilib.
Xatırladaq ki, aprelin 2-də klub Qrem Potterin müqaviləsinə xitam verildiyini açıqlayıb. Aprelin 6-da isə Frank Lempard "Çelsi"nin baş məşqçi əvəzi olub.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci sıradadır. Komandanın 43 xalı var.