Moldovanın Qaqauziya muxtariyyətinin başqanı seçkiləri başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə muxtariyyətin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, seçki zamanı heç bir insident qeydə alınmayıb. Seçici fəallığı kifayət qədər yüksək olub.
Nəticələrin mayın 15-nə keçən gecə açıqlanacağı qeyd olunub.
***
10:59
Bu gün Moldovanın Qaqauziya muxtariyyətinin başqanı seçkilərində ikinci tur keçirilir.
Modern.az xəbər verir ki, səsvermə səhər saatlarında başlayıb.
Seçkilərdə 2 həftə əvvəl baş tutan birinci tur zamanı ən çox səs toplayan iki namizəd - Moldova Sosialistlər Partiyasının namizədi Qriqori Uzun və “Şor” partiyasının namizədi Yevgeni Qutsul iştirak edir.
Aprelin 30-da keçirilən birinci tur zamanı hər iki namizəd 26%-dən bir qədər çox səs toplayıb, Yevgeniya Qutsul rəqibini cəmi qırx səslə qabaqlayıb.
Qanuna əsasən, ikinci turda ən çox səs toplayan namizəd seçkilərin qalibi olacaq.