Türkiyədə seçki günü təhlükəsizliyi təmin etmək üçün 601 min personal ayrılıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Hazırda 601 min əməkdaş xidmət başındadır. Onlar seçki başa çatanadək təhlükəsizliyi təmin edəcəklər", - deyə bildirilib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.