Türkiyədə səsvermə prosesi problemsiz şəkildə davam edir.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib.
O, indiyədək seçkidə problemin qeydə alınmadığını bildirib. "Ümid edirəm ki, səsvermə prosesi promlemsiz və şəffaf keçiriləcək", - YSK sədri vurğulayıb.
Ahmet Yenerin sözlərinə görə, namizədlər siyahısında dəyişiklik edilməyib. Məhərrəm İncənin namizədliyini geri götürməsinə baxmayaraq, vətəndaşlar ona da səs verə biləcək.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.