Modern.az

Azərbaycan prezidentliyinə iddialı namizəd seçki platformasını açıqlayıb

Azərbaycan prezidentliyinə iddialı namizəd seçki platformasını açıqlayıb

Təhsil

1 İyul 2013, 23:16

“A13 hərəkatı" tərəfindən prezidentliyə namizədliyi irəli sürülən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu seçkiqabağı platformasını açıqlayıb.

Ə.Oruclu deyib ki, əsas diqqət siyasi, iqtisadi, Dağlıq Qarabağ və digər məsələlərdə islahatlara yönəlib.

Onun platformasında prezident səlahiyyətlərinin Milli Məclisin səlahiyyətlərinin xeyrinə azaldılması, 50-50-yə qarışıq majoritar-proporsional seçki sisteminin tətbiq olunması, baş nazir və nazirlər, məhkəmə sədrlərinin prezidentin təqdimatı ilə parlament tərəfindən təsdiqlənməsi nəzərdə tutulub.
Ə.Oruclu öz platformasında təklif edir ki, Milli Məclis deputatlarının sayı 125-dən 200-ə qaldırıla bilər.

Prezidentliyə namizədliyi irəli sürülən politoloq deyir ki, yalnız nəzarətedici regional qurumlar yaradılmaqla yerli idarəetmə orqanları ləğv edilməli və üstünlük bələdiyyələrə verilməlidir.

Onun sözlərinə görə, vətəndaşların mülkiyyət hüquqlarının təminatı seçki platformasına daxil edilib, çünki son illərdə hökümətin daşınmaz əmlak satınalmaları vətəndaşların narahatlığı ilə nəticələnir.
Ə.Oruclunun fikrincə, dövlət ali məktəblərində pulsuz təhsil sistemi olmalı, xaricdə təhsil proqramı hamıya aid edilməlidir.

Onun platformasında Azərbaycanın xarici siyasəti istiqamətində Avropa İttifaqı və NATO-ya üzvlük məsələlərinin prioritet təşkil edir. Politoloq Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll edilə biləcəyinə inanır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...