Modern.az

Məşhurlar səsvermədə - FOTOLAR

Məşhurlar səsvermədə - FOTOLAR

Dünya

14 May 2023, 12:18

Türkiyədə prezident və parlament seçkiləri davam edir. 

 

Modern.az xəbər verir ki, səsvermə prosesində sadə vətəndaşlar və siyasətçilərlə yanaşı, tanınmış sənətçilər də iştirak edirlər.

 

Sosial şəbəkə hesablarında seçkidən fotolar paylaşan məşhurlar dəstəklədikləri namizədə səs verdiklərini bildiriblər.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

  

Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi