Modern.az

Atasını öldürüb mobil telefonunu SATDI

Atasını öldürüb mobil telefonunu SATDI

14 May 2023, 12:28

Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir