Ukraynada Rusiya ordusunun daha iki polkovniki öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müharibə bölgəsində 4-cü motoatıcı briqadanın komandiri polkovnik Vyaçeslav Makarov və ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko ölüb.
Makarovun döyüşə rəhbərlik edən zaman ölümcül yaralandığı, Brovkonun isə Baxmutda hücumu dəf edərkən öldüyü qeyd olunub.