Modern.az

Vuçiç istefa verəcəyini açıqladı

Vuçiç istefa verəcəyini açıqladı

14 May 2023, 15:39

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın günlərdə hakim Tərəqqi Partiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, Vuçiç istefası və digər qərarlarını mayın 27-də partiyanın növbədənkənar toplantısında rəsmən elan edəcək.

 

“Bir neçə gündən sonra mən daha heç bir siyasi partiyanın sədri olmayacağam. Mən bunu böyük iclasda izah edəcəyəm”, - o bildirib.

 

Xatırladaq ki, 2022-ci ilin noyabrında Aleksandar Vuçiç daha gənc namizədin lehinə partiya sədri vəzifəsindən getməyi planlaşdırdığını bildirib. O, 2012-ci ildən Tərəqqi Partiyasına rəhbərlik edir, 2017-ci ildən isə prezidentdir. 2014-2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi