Türkiyənin səhiyyə naziri Fahrettin Koca səsvermə prosesində iştirak edib.
Modern.az xəbər verir ki, nazir Üsküdar bölgəsində səs verib.
“Gözəl Türkiyəm üçün səs verdik, millətin iradəsi ortaya çıxacaq. Millətimizə, ölkəmizə, insanlığa xeyirli olsun. Arzu edirəm ki, bu gün Türk əsrinin ilk günü olsun”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.