Modern.az

Bu seçki mənim üçün önəmlidir - Ərbakan

Bu seçki mənim üçün önəmlidir - Ərbakan

14 May 2023, 16:23

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan həyat yoldaşı Beyza Molu Ərbakan ilə birlikdə səsvermə prosesində iştirak edib.

 

Modern.az xəbər verir ki, seçkidən sonra jurnalistlərə açıqlama verən partiya sədri nəticələrin Türkiyə xalqı üçün uğurlu olmasını arzuladığını deyib.

 

"Seçkilərin Türkiyədə sülh və əmin-amanlıq şəraitində keçməsinə şadıq. Bu seçkilər mənim üçün önəmlidir. Mən əvvəl dünyasını dəyişən valideynlərimlə birlikdə səs verirdim, amma bu dəfə partiya sədri olaraq səs verdim. İnşallah faydası olar. Əhəmiyyətli olan odur ki, yeni hökumət və yeni təyin olunan Məclis səmərəli, xalqın xeyrinə çalışacaq" , - deyə F. Ərbakan bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi