Türkiyədə efir qadağası ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener məlumat verib.
O bildirib ki, yerli saatla 18:30-da (Bakı vaxtı ilə 19:30-da) nəticələr televizyalarda göstərilə biləcək. Nəticələrin birazdan açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.