Ukrayna prezidenti Volodimir Zelenski daha bir mükafata layiq görülüb.
Modern.az xəbər verir ki, ona Avropa Karl Mükafatı verilib.
Mükafat Almaniyanın Axen şəhərində təqdim edilib. Bu mükafat 1950-ci ildən Avropanın birləşməsinə verdiyi töhfələrə görə təqdim olunur.
Bundan əvvəl müxtəlif illərdə mükafatın qalibləri Uinston Çörçill, Konrad Adenauer, Vatslav Havel, Toni Bleyer, Bill Klinton, Roma papaları II İohann Pavel və Fransisk, Angela Merkel, Donald Tusk, Emmanuel Makron olub.
2022-ci ildə isə bu mükafata Belarus müxalifətinin üç lideri - Mariya Kolesnikova, Svetlana Tixanovskaya və Veronika Tsepkala layiq görülüb.