Belarus ordusunun qərb sərhədlərində raket sistemləri və reaktiv yaylım atəşi sistemləri yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə BELTA agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Raket sistemləri döyüş hazırlığının yoxlanılması məqsədi ilə sərhədə aparılıb.
“Ordu açıq şəkildə nümayiş etdirir ki, “Polonez” və “Toçka” Belarusa qarşı istənilən təcavüz cəhdinə dərhal cavab verəcək”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Belarus Qərbdə Polşa ilə həmsərhəddir.