Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, Azərbaycanda prezident seçkiləri üçün istifadə edilən bülletenlərin 27%-ə yaxını sayılıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 47.84%, CHP sədri Kemal Kılıçdaroğlu 44.19, ATA ittifaqının namizədi Sinan Oğan 5.86%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 2.11% səs toplayıb.
Parlament seçkilərində səslərin 7%-ə yaxın sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 63.26%, Millət İttifaqı 25.38%, Əmək və Azadlıq 5.11% səs toplayıb.
***
20:44
Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanda seçici fəallığı 78.4% olub.
Hazırda səslərin 6.7%-i sayılıb. Bu nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50.23%, CHP sədri Kemal Kılıçdaroğlu 42.91, ATA ittifaqının namizədi Sinan Oğan 5.76%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 1.09% səs toplayıb.