Azərbaycanın tanınmış aktrisası, Xalq artisti Afaq Bəşirqızı prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, məktubunda A.Bəşirqızı ölkə başçısına onu “Şöhrət” ordeni medalına layiq gördüyü üçün təşəkkürünü bildirib:
“Uzun illik səhnə fəaliyyətimə göstərdiyiniz diqqət və qayğıya görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın teatr xadimlərinin təltif edilməsi ilə əlaqədar imzaladığınız Sərəncamla məni “Şöhrət” ordeninə layiq görməyiniz bütövlükdə Sizin tərəfinizdən Azərbaycan teatr sənətinə verilən qiymətdir.
Etimad göstərib layiq gördüyünüz Vətənimin “Şöhrət” ordenini şərəf və ləyaqətlə daşıyacağıma söz verirəm”-deyə məktubda qeyd olunub.
Modern.az