Modern.az

Zelenski bu dəfə Parisə gedir

Zelenski bu dəfə Parisə gedir

14 May 2023, 22:38

Ukrayna prezidenti Volodimir Zelenski bu gün gecə saatlarında Parisə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

 

Bildirilib ki, o, Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Səfər zamanı Makrondan başqa Ukrayna prezidenti Fransanın baş naziri Elizabet Born və xarici işlər naziri Ketrin Kolonna ilə də görüş keçirəcək.

 

Xatırladaq ki, bundan əvvəl o, İtaliya və Almaniyaya səfər edib. Zelenski sonuncu dəfə fevralın 8-də Parisə səfər edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi