Modern.az

Ərdoğandan daha bir açıqlama: Sevinirik...

Ərdoğandan daha bir açıqlama: Sevinirik...

14 May 2023, 23:17

"14 may seçkilərinin sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter" hesabında yazıb.

 

O bildirib ki, seçki müsbət və demokratik şəraitdə keçsə də, səslərin hesablanması hələ davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir.

 

"Sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - Ərdoğan qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi