Prezident seçkilərinin ikinci tura qalmaq ehtimali böyükdür.
Modern.az xəbər verir ki, bunu “ATA” ittifaqının prezidentliyə namizədi Sinan Oğan bildirib.
O qeyd edib ki, ikinci turu türk millətçiləri və atatürkçülər müəyyən edəcək.
"Qarşıda bizi daha çətin 15 gün gözləyir. Seçkilər ikinci tura keçərsə, ölkəmiz üçün yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Hazırda biz hansı tərəfi dəstəkləcəyimizi deyə bilmərik. Məsləhətləşib qərar verəcəyik”, - Oğan deyib.