İspaniya çempionatının qalibi “Barselona” komandası olub.
Modern.az xəbər verir ki, Kataloniya klubu bazar günü "Espanyol"a 4:2 hesabı ilə qalib gələrək turnirin bitməsinə 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.
Beləliklə, klub son 4 ildə ilk dəfə, tarixdə isə 27-ci dəfə futbol üzrə İspaniya çempionu olub.