Madrid xəstəxanasında güclü yanğın olub. Hadisə nəticəsində azı 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Yanğın Madriddə yerləşən San-Karlos xəstəxanasının palatalarından birində baş verib. Zərərçəkənlərə yardım göstərilib.
Hadisənin səbəbləri araşdırılır.