Modern.az

Moldova MDB Parlament Assambleyasını TƏRK EDİR

Moldova MDB Parlament Assambleyasını TƏRK EDİR

Dünya

15 May 2023, 10:12

Moldova MDB Parlament Assambleyasından çıxmağa qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu məlumat verib.

 

O qeyd edib ki, bununla bağlı prosedurlar artıq başlayıb.

 

“30 ildən sonra məlum oldu ki, Moldovanın MDB strukturlarında olması bizə Dnestryanı münaqişənin həllinə kömək etməyib, rus ordusunu Moldova Respublikası ərazisindən çıxarmaqda bizə kömək etməyib, bizi bundan ən çətin dövrlərdə iqtisadi embarqolardan xilas etməyib. MDB-də olmaq bizi enerji şantajından, müstəqilliyimizə və suverenliyimizə qarşı təhdidlərdən və düşmən bəyanatlarından xilas etməyib”, - İqor Qrosu deyib.

 

Onun sözlərinə görə, Ukrayna hadisələrindən sonra bu təşkilatı birlik adlandırmaq olmaz. "Bu, hökumət və parlament səviyyəsində ilk addımdır, başqa addımlar da atılacaq, bunun üçün vaxt lazımdır", - Qrosu əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi