Modern.az

Ərdoğanın tərəfdarları Brüsseldə küçələrə axışdı - FOTO

Ərdoğanın tərəfdarları Brüsseldə küçələrə axışdı - FOTO

15 May 2023, 11:40

Türkiyədə keçirilən prezident və parlament seçkiləri dünyanın diqqət mərkəzindədir. Daxildə olduğu kimi, Xaricdə yaşayan Türkiyə vətəndaşları da həyəcanla hansı namizədin qalib gələcəyini gözləyir. 

 

Son məlumatlara görə, prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb. Nəticələrə əsasən, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, CHP lideri Kemal Kılıçdaroğlu 45 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs toplayıb. Ölkə üzrə seçici fəallığı 88,84 faiz təşkil edib.

 

Seçki həyəcanının davam etdiyi bir məqamda Belçikanın paytaxtı Brüsseldə yaşayan yüzlərlə insan Türkiyə bayraqları ilə küçələrə axın ediblər. Əllərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın posterlərini tutan yürüş iştirakçıları AKP-yə dəstək şüarları səsləndirib, ölkə liderini seçkidə yüksək səs toplaması münasibətilə təbrik ediblər. 

 

Brüssel polisi bəzi küçə və prospektləri nəqliyyatın hərəkətinə bağlayaraq, Türkiyə vətəndaşlarının Ərdoğana dəstək yürüşü keçirməsinə şərait yaradıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi