Modern.az

Özbəkistan Prezidenti Ərdoğanı TƏBRİK ETDİ

Özbəkistan Prezidenti Ərdoğanı TƏBRİK ETDİ

15 May 2023, 12:14

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı seçki münasibəti ilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu gün liderlər arasında telefon danışığı olub. Özbəkistan Prezidenti deyib ki, seçkilərin nəticələri Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verir.

 

“Prezident Mirziyoyev Türkiyə liderini prezident və parlament seçkilərinin uğurla keçməsi, nəticədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi "Cümhur ittifaqı"nın və ölkənin hazırkı prezidentinin seçicilərin səslərinin əksəriyyətini qazanması münasibətilə ürəkdən təbrik edib”, - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi