Modern.az

Seçilməyən məşhurlar... - SİYAHI

Seçilməyən məşhurlar... - SİYAHI

15 May 2023, 13:40

Türkiyədə deputat olmaq istəyən məşhurların bir neçəsi parlamentə düşə bilməyib. Onlar təmsil olunduqları partiyaların kifayət qədər səs toplaya bilməməsi səbəbindən deputat mandatı qazana bilməyiblər.

 

Modern.az deputat siyahısından kənarda qalan məşhurların adlarını təqdim edir:

 

Yaşıl Sol Partiyasının İstanbuldan irəli sürdüyü namizəd - aktyor Kerem Fırtına

Türkiyə Fəhlə Partiyasının Antalyadan irəli sürdüyü namizəd - aktyor Barış Atay

İyi Partiyasının Elazığdan irəli sürdüyü namizəd - müğənni Faiq Öztürk 

Türkiyə Fəhlə Partiyasının Balıkesirdən irəli sürdüyü namizəd - aktyor Serhat Özcan

Milliyyətçi Hərəkat Partiyasının Muğladan irəli sürdüyü namizəd - aktrisa Özlem Balcı

Türkiyə Fəhlə Partiyasının İstanbuldan irəli sürdüyü namizəd - aktyor İlyas Salman

Türkiyə Fəhlə Partiyasının Muğladan irəli sürdüyü namizəd - aktyor Mehmet Aslantuğ 

 

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə əsasən, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb. Ümumilikdə Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi