Modern.az

Əli Kərimli: “Vahid namizəd seçilməlidir, mitinq ikinci dərəcəli məsələdir”

Əli Kərimli: “Vahid namizəd seçilməlidir, mitinq ikinci dərəcəli məsələdir”

Təhsil

2 İyul 2013, 11:27


“Milli Şuranın vahid namizədi bu gün müəyyən olunmalıdır. Vahid namizəd burdakı Milli Şura liderlərindən hər biri ola bilər ”. Modern.az xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli deyib. O bildirib ki, vahid namizədin seçki qərargahının yaradılmasına da start verilməlidir. Mitinqlə bağlı səslənən təkliflərə isə AXCP sədri belə cavab verib:

“Mitinqlərin gündəliyə salınması indiki vəziyyətdə düzgün deyil. Çünki əsas məsələ vahid namizədin elan olunmasıdır. Mitinqlər ikinci dərəcəli bir məsələdir. Həm də mitinq komitəsi ilə bağlı təşkilati məsələlər hələlik Milli Şurada formalaşmayıb”-deyə AXCP sədri vurğulayıb.

***

“Milli Şuranın gündəliyində nəzərdə tutulmuş referenduma yerli özünüidarəetmə qurumlarının yaradılması da əlavə olunmalıdır”. Modern.az xəbər verir ki, bu fikirləri Milli Şura üzvü Qubad İbadoğlu təklif edib. Onun sözlərinə görə Milli Şuranın seçkilərdə qalib gələcəyi təqdirdə Bakı şəhərinə xüsusi paytaxt statusu verilməlidir. “Avropa Şurasında yeganə üzv dövlətik ki, paytaxtımızın xüsusi statusu yoxdur. Buna görə də istərdim ki, Milli Şuranın gündəliyinə Bakı Şəhər Bələdiyyəsinin yaradılması salınmalıdır”.

ALP sədri Əvəz Temirxan isə bu təklifi demokratik hesab etsə də hələlik məsələnin bu günkü sessiyada müzakirə olunmasının tərəfadarı olmadığını bildirib. “Bu cür məsələləri həm də gələcək prezidentimizin üzərinə məsuliyyət kimi qoymaq olmaz”-deyə vurğulayıb.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...