Türkiyədə "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədr müavini Özcan Kadıoğlu istefa verib.
Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib.
Partiya sədri Meral Akşenerin iqtisadi siyasət məsələləri üzrə müavini olan Kadıoğlu qərarı 13 apreldə verdiyini açıqlayıb. O əlavə edib ki, partiya rəhbərliyinin xahişinə əsasən, həmin vaxt bunu açıqlamayıb və qərarını bu günə ertələyib.
"Bu vaxta qədər başqa partiyalardan müxtəlif təkliflər alsam da, İYİ Partiyaya sədaqətimə görə bu təklifləri rədd etmişdim", - siyasətçi bildirib.
Qeyd edək ki, Türkiyədə dünən keçirilmiş prezident və parlament seçkilərinin nəticələri rəsmi olaraq elan edilməyib.