Modern.az

Daha NATO baş katibi olmayacağam - Stoltenberq

Daha NATO baş katibi olmayacağam - Stoltenberq

15 May 2023, 14:45

Səlahiyyət müddəti başa çatmaq üzrə olan NATO baş katibi Yens Stoltenberq növbəti dəfə baş katib olmasından danışıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, daha baş katib olmayacağını bildirib.

 

"Müddətim başa çatır. Əgər oktyabrda mənə yeni müddət təklif olunarsa, NATO-nun baş katibi vəzifəsində qalmaq fikrində deyiləm", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Norveçin sabiq baş naziri olan Stoltenberq NATO-nun sayca 13-cü baş katibidir. O, 2014-cü ildən bəri bu postu tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi