Modern.az

Gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

15 May 2023, 14:38

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

 

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

 

Qeyd edək ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də mundiallara ev sahibliyi edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü