Ermənistan Şəhərsalma Komitəsinin keçmiş sədri Vahaqn Vermişyan 8 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev "Sputnik Armenia"ya bildirib.
Qeyd edək ki, Vermişyan 2020-ci ildə xüsusilə böyük miqyasda rüşvətxorluq ittihamı ilə saxlanılıb və sonra həbs edilib.
1964-cü ildə Stepanavanda anadan olan Vermişyan 2019-2020-ci illərdə Şəhərsalma Komitəsinin sədri olub.