Böyük Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat bildirib ki, Ukrayna əks-hücum əməliyyatında uğur qazanmasa Qərb tərəfdaşlarının dəstəyini itirəcək.
Modern.az xəbər verir ki, o, bununla bağlı "Times" radiosuna danışıb.
Onun sözlərinə görə, ukraynalıların doğru zamanda əks-hücuma başlaması vacibdir. "Alternativ variantda isə müharibə uzana bilər və bu da son nəticədə Putinin xeyrinə ola bilər. Belə olduğu halda Qərbin dəstəyi çox güman ki, azalacaq”.