Modern.az

Macarıstan İrəvana səfir yolladı - 11 il sonra...

Macarıstan İrəvana səfir yolladı - 11 il sonra...

15 May 2023, 17:18

İrəvan və Budapeşt arasında əlaqələrin dayandırılmasından 11 il sonra Macarıstan səfiri Anna Mariya Şiko etimadnaməsini Ermənistan prezidenti Vahaqn Xaçaturyana təqdim edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Xaçaturyan ikitərəfli əlaqələrin inkişafına Ermənistan tərəfinin hazır olduğunu bildirib.

 

Tərəflər iqtisadi əməkdaşlığın perspektivlərini və digər sahələrdə birgə proqramları müzakirə edib.

 

Qeyd edək ki, 2012-ci ildə Budapeşt Ramil Səfərovu Bakıya ekstradisiya etdikdən sonra Ermənistan Macarıstanla əlaqələri dayandırmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi