Modern.az

Qriqoryan NATO komitəsində görüş keçirdi

Qriqoryan NATO komitəsində görüş keçirdi

Dünya

15 May 2023, 17:24

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, həmsöhbətlər regional vəziyyət və təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

 

Qriqoryan bu yaxınlarda Vaşinqton və Brüsseldə Ermənistan-Azərbaycan danışıqlarının təfərrüatlarını da qarşı tərəfə təqdim edib. O, Ermənistan tərəfinin ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.

 

Görüşdə həmçinin Ermənistan-NATO ikitərəfli tərəfdaşlığının, xüsusən də fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramının inkişafına toxunulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi