Modern.az

Xaricdə seçkilərin ikinci turu bu tarixlərdə keçiriləcək

Xaricdə seçkilərin ikinci turu bu tarixlərdə keçiriləcək

15 May 2023, 17:40

Xəbər verdiyimiz kimi, Türkiyə Ali Seçki Komissiyasının rəhbəri Ahmet Yener dünən keçirilmiş prezident seçkilərinin ikinci tura qaldığını elan edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yener ikinci turda ölkə xaricində səsvermə prosesindən də danışıb.

 

Onun sözlərinə görə, xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosesi 20 mayda start götürəcək. Proses 24 mayda başa çatacaq.

 

Qeyd edək ki, prezident seçkilərinin ikinci turu Türkiyədə 28 may tarixində keçiriləcək. Bu tarixə qədər 50 min vətəndaşın 18 yaşı tamam olacaq və onlar ilk dəfə səsvermə hüququndan istifadə edə biləcəklər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi