Modern.az

Türk milləti bütün dünyaya demokratiya dərsi verdi - Baxçalı

Türk milləti bütün dünyaya demokratiya dərsi verdi - Baxçalı

16 May 2023, 00:36

Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçirilən seçkilərdə çox ciddi uğur qazanıb.

 

Modern.az xəbər verir ki, bunu partiyanın sədri Dövlət Baxçalı deyib.

 

O qeyd edib ki, Türk milləti bütün dünyaya demokratiya dərsi verib. "28 mayda keçiriləcək prezident seçkilərində Türk milləti sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək", - Baxçalı bildirib.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq və Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. 

 

Onu da bildirək ki, parlament seçkilərində MHP 10,07 faiz səs qazanıb və TBMM-də 50 deputatla təmsil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi