Modern.az

Bu gündən ikinci tur üçün işlərə başladıq - Ərdoğan

Bu gündən ikinci tur üçün işlərə başladıq - Ərdoğan

15 May 2023, 21:13

Türkiyə dünən dünyanın ən güclü demokratiya mədəniyyətinə sahib ölkələrindən biri olduğunu nümayiş etdirdi. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, 14 may seçkilərinin qalibi Türkiyə demokratiyası və 85 milyonluq xalqdır.

 

"28 may üçün bu gündən işlərə başladıq. Həmin günə qədər dayanmadan, yorulmadan çalışıb əziz xalqımız üçün daşıdığımız məsuliyyəti yerinə yetirəcəyik", - deyə Ərdoğan vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.

 

İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.

 

İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi