Modern.az

Azərbaycan və Türkiyə ilə münasibət qurmalıyıq - Paşinyan

Azərbaycan və Türkiyə ilə münasibət qurmalıyıq - Paşinyan

15 May 2023, 21:30

Bütün qonşularla normal münasibətlərin qurulması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

 

Baş nazir bildirib ki, qonşularla münasibətlərin olması ölkənin xarici siyasətinin əsas məqsədidir, lakin müəyyən psixoloji və praktiki problemlər var.

 

"İrəvanın Gürcüstan və İranla yaxşı münasibətləri var, onları inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Amma Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır", - deyə Paşinyan qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi