Modern.az

Milli Məclisdə söz davası - spiker Sabir Rüstəmxanlıya əsəbləşdi

Milli Məclisdə söz davası - spiker Sabir Rüstəmxanlıya əsəbləşdi

Təhsil

2 İyul 2013, 12:53

Milli Məclisin bugünkü iclasında Ali Məhkəmə və Apelliyasiya Məhkəmə hakimlərin təqdimatı zamanı hakimlərin qruplarla təqdim olunmasına deputat Sabir Rüstəmxanlı etiraz edib. Modern.az-ın məlumatına görə, deputat qeyd edib ki, hakimlərin dəstə-dəstə təqdim olunması düzgün deyil, bunlar haqqında ayrıca məlumat verilməlidir.

“Biz onları tanımalıyıq. Hər biri ayağa qalxıb özünü təqdim etməlidir. Bu necə olur ki, bunlar bir dəfəlik səsverməyə qoyulur”.

Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlının çıxışına etiraz edib. Bildirib ki, onların hər birinin tərcümeyi-halı deputatlara təqdim olunub.

“Onların hər biri haqqında məlumatlar verilib”.

Yenidən etiraz edən S.Rüstəmxanlının narazılığı Oqtay Əsədovu hirsləndirib.

Spiker əsəbi şəkildə “əgər razı deyildinizsə səs verməyəydiniz. Bu nədir deyişmə aparırıq burda?. Bunlar yeni hakimlər deyillər, bundan qabaqda Milli Məclisdə həmin hakimlərin namizədliyi səs qoyulub və təsdiq olunub”-deyə deputata cavab verib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...