ABŞ-ın Nyu-Meksiko ştatında silahlı hücum baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Farminqton şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hücum edən şəxsin zərərsizləşdirildiyi qeyd olunub. Əməliyyat zamanı iki polis yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Hücumun motivləri məlum deyil.