Modern.az

Bayden səbirsizliklə gözləyir - ABŞ-dan Türkiyə seçkilərinə REAKSİYA

Bayden səbirsizliklə gözləyir - ABŞ-dan Türkiyə seçkilərinə REAKSİYA

Dünya

15 May 2023, 23:53

ABŞ hakimiyyəti Türkiyədə seçkilərin dinc şəraitdə keçirildiyini hesab edir.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

Onun sözlərinə görə, kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin ABŞ lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlıq etməyə hazırdır.

 

“Türkiyə xalqını dinc şəraitdə iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. ABŞ prezidenti Co Bayden seçkidə qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir”, - Kirbi bildirib.

 

O, həmçinin ABŞ-ın Türkiyədəki vəziyyəti izlədiyini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi