Modern.az

Ukraynada Ali Məhkəmənin sədri rüşvət alarkən yaxalandı 

Ukraynada Ali Məhkəmənin sədri rüşvət alarkən yaxalandı 

16 May 2023, 00:18

Ukrayna hüquq-mühafizə orqanları Ali Məhkəmədə korrupsiya sxemini ifşa ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Ali Məhkəmənin rəhbərliyi və hakimləri tərəfindən qanunsuz müavinətlərin alınması sxemi aşkar olunub. Məlumata görə, hazırda faktla bağlı araşdırmalar aparılır. 

 

Nəşrin mənbəsinin məlumatına görə, Ukrayna Ali Məhkəməsinin rəhbəri Vsevolod Knyazev rüşvət alarkən yaxalanıb.

 

Detallar açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi