Modern.az xəbər verir ki, hazırda həbsdə olan Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov öz adamları vasitəsilə Milli Şuranın bugünkü iclasına xəbər göndərərək müxalifətin vahid namizədi kimi Rüstəm İbrahimbəyovu dəstəklədiyini bəyan edib. Bu barədə iclasda "El" hərəkatının sədr müavini Köçəri Nağıbəyli çıxış edərək bildirib.
Əli İnsanov 2005-ci ilin oktaybrında parlament seçkiləri öncəsi dövlət çevirilişinə cəhddə ittiham edilib, sonra ittihamlar iqtisadi cinayətlərlə əvəz edilib. Məhkəmə keçmiş naziri 11 il azadlıqdan məhrum edib.
Aqşin Kərimov