Modern.az

Baxçalı Ərdoğanın sədrlik təklifini qəbul edib - YENİLƏNİB

Baxçalı Ərdoğanın sədrlik təklifini qəbul edib - YENİLƏNİB

Parlament

16 May 2023, 22:46

MHP sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri olacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

 

O qeyd edib ki, Baxçalı təklifi qəbul edib.

 

***

08:07

 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının müvəqqəti sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Baş Assambleyasının ilk iclasının keçiriləcəyi gözlənilir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mayın 14-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Türkiyə Böyük Millət Məclisinə yaşı 30-dan aşağı olan 5 deputat daxil olub.

 

Yeni çağırış Türkiyə parlamentinin ən gənc deputatı Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan olan namiədi 25 yaşlı Zehranur Aydemir olub.

 

Osmaniyedən seçilən millət vəkili Baxçalının TBMM-in müvəqqəti sədri olacağı gözlənilir. Çünki o, parlamentin ən yaşlı üzvüdür.

 

Onu da bildirək ki, Türkiyə parlamentində 479 kişi və 121 qadın deputat mandatı alıb. Nəticələrə görə, Ədalət və İnkişaf Partiyası parlamentdə 30 qadın, Milliyyətçi Hərəkat Partiyası 4, İYİ partiyası 6, Yaşıl Sol Partiyası 30, Türkiyə İşçi Partiyası 1 qadınla təmsil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi