Modern.az

Çempionlar Liqasında ilk finalçı bu gün bilinəcək

Çempionlar Liqasında ilk finalçı bu gün bilinəcək

İdman

16 May 2023, 08:20

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Modern.az-ın məlumatına görə, turnirin ilk finalçısı İtaliyada Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

"Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

16 may

 

23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

 

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü