Modern.az

1 faizdən az səsimiz olsa da, 10 deputat yerimiz var - Partiya sədrinə TƏŞƏKKÜR

1 faizdən az səsimiz olsa da, 10 deputat yerimiz var - Partiya sədrinə TƏŞƏKKÜR

16 May 2023, 10:54

Türkiyədə "Millət İttifaqı"na daxil olan Səadət Partiyasının İdarə Heyətinin üzvü Ümit Çebi partiyanın sədri Temel Karamollaoğluna təşəkkür edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, parlament seçkilərindəki uğurlu nəticəyə görə Karamollaoğluna minnətdarlığını çatdırıb.

 

"Sədrimizə könüldən təşəkkür edirəm. Verdiyi strateji qərarla 1 faizdən az səsimiz olmasına baxmayaraq, partiyamızın parlamentdə 10 deputatla təmsil olunmasına vəsilə olub. Çox sağ olsun", - deyə o bildirib.

 

Qeyd edək ki, Səadət Partiyası parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahılarından qatıldığı üçün bu partiyanın səsləri hesabına namizədlərinin seçilməsinə müvəffəq olub. Belə ki, partiyanın 24 namizədi CHP siyahılarından irəli sürülüb ki, onlardan 10-u parlamentə düşə bilib.

Bu xəbər ilə bağlı
CHP “Millət İttifaqı”ndakı digər partiyalara siyahısında 76 yer verib
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi